Yəmən parlamenti xalqı təcavüzkarlar və işğalçılarla mübarizə aparmağa çağırıb

Yəmən parlamenti xalqı təcavüzkarlar və işğalçılarla mübarizə aparmağa çağırıb

Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən parlamentariləri ABŞ səfiri və ABŞ-ın beşinci donanmasının komandirinin qaçaqmalçılıqla mübarizə bəhanəsi ilə əl-Mahra əyalətində olmasını pisləyən bəyanat yayıblar.

Az.rasthaber.com xəbər verir ki, Yəmən millət vəkilləri bəyanatda bildiriblər:

"Biz bir daha bəyan edirik ki, hər hansı səbəbdən Yəmənin torpaqlarında, sularında və adalarında xarici mövcudluğun əleyhinəyik və Amerikanın ölkənin ərazi bütövlüyünə qarşı sui-qəsdlərinə qarşı xəbərdarlıq edirik".

Yəmən millət vəkilləri ölkə xalqından təcavüzkarlar və işğalçılara qarşı birgə dayanmağı xahiş ediblər.

Onlar həmçinin Yəmən xalqının resurslarına hər cür müdaxilə və bu ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hücumlar üçün təcavüzkarların və onların muzdlularının məsuliyyət daşıdıqlarını bildiriblər.

Yəmən parlamentinin deputatları öz bəyanatlarında sionist rejimin Fələstin xalqına qarşı gündəlik cinayətlərini, onların hüquqlarını və müqəddəs dəyərlərini tapdalamasını pisləyiblər.

ABŞ-ın Yəmənin qaçaq hökumətindəki səfiri Stiven Faqen ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının komandiri Bred Kuper və bir sıra digər hərbçilərlə birlikdə əl-Mahra vilayətinə səfər etmiş və Mahrada təcavüzkar koalisiyasının təyin etdiyi qubernator, Məhəmməd Əli Yasir ilə görüşmüşdü.

Xəbəri paylaş

VİDEOLAR