Yəmən Ordusunun vurduğu Səudiyyə qırıcısının VİDEOSU

Yəmən Ordusunun vurduğu Səudiyyə qırıcısının  VİDEOSU

Yəmən ordusunun Hava Müdafiə sisteminin zenit-raket bölməsi Səudiyyənin qırıcısını vurub.

Rasthaber Azərbaycan xəbər verir ki, "Ənsarullah" hərəkatı Səudiyyəyə aid qırıcının vurulma anı və sonrasının videosunu yayıb.

Qeyd edək ki, dünən Yəmən Silahlı Qüvvələrin sözcüsü Yəhya Səri, Ordunun Yəmənin şimalında Covf vilayətində Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya güclərinə aid Tornado qırıcısını vurduğunu bildirmişdi.

Səri bu qırıcının Covf vilayətində hava hücumu həyata keçirdiyini, Hava Müdafiə sisteminin zenit-raket bölməsinin atəşi ilə vurulduğunu qeyd etmişdi.

"Yəmən hava sahəsi əyləncə məkanı deyil, düşmənin bu barədə min dəfə düşünməsi lazımdır.", -deyə Silahlı Qüvvələrin sözcüsü Yəhya Səri xəbərdarlıq da dilə gətirmişdi.

Xəbəri paylaş

VİDEOLAR