Yəmən ordusundan BƏƏ-yə qarşı yeni ballistik raket əməliyyatı

Yəmən ordusundan BƏƏ-yə qarşı yeni ballistik raket əməliyyatı

Yəmən ordusu BƏƏ-də yerləşən əd-Dəfra hərbi bazasını ballistik raketlərlə atəşə tutduğunu elan edib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun rəsmisi briqada generalı Yəhra Sərii bəyan edib.

Qeyd edək ki, sözügedən bazada 3,5 min ABŞ hərbçisi də dislokasiya edilib.

"Yəmən Silahlı Qüvvələri tərəindən buraxılmış ballistik raketlər BƏƏ-də Əbu-Dabidə yerləşən əd-Dəfra hərbi bazasına çatıb, həmçinin Dubaydakı hədəflərə qarşı da PUA əməliyyatı keçirlib", - deyə bildirilib.

Əlavə edilib ki, BƏƏ ilə yanaşı Səudiyyə Ərəbistanındakı nöqtələrə də PUA zərbələri endirilib.

Bütün bunların "Yəmən Fırtınası - 2" əməliyyatı çərçivəsində həyata keçirildiyi deyilib.

Onun sözlərinə görə, Yəmən ordusu düşmənin təcavüz və işğalına cavab olaraq BƏƏ və Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən adıçəkilən əməliyyatı genişləndirməyə hazırdır.

"Biz xarici şirkətlər və investorlara bu şəraitdə öz təhlükəsizliklərini təmin edərək BƏƏ-ni tərk etməyi məsləhət görürük", - deyə o əl əlav edib.

Xatırladaq ki, əməliyyat İsrail rejiminin prezidenti İshaq Hersoq BƏƏ-də olarkən keçirilib.

Xəbəri paylaş

VİDEOLAR