Səudiyyə hücumla bağlı açıqlama verməyib
Yəmən ordusu Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” milli neft şirkəti obyektinə zərbə endirib.
Yəmən ordusunun briqada generalı Yəhya Sari bildirib ki, zərbələr zamanı “Qüds-2” qanadlı raketlərindən istifadə edilib.
Qeyd edilib ki, raket hədəfə yüksək dəqiqliklə dəyib və əməliyyat düşmənin davam edən mühasirəsi və təcavüzünə qarşı Yəmən xalqının təbii və qanuni cavabı olub.