Bu haqda Yəmənin Al Masirah telekanalı məlumat yayıb
Rasthaber Azərbaycan Al Masirah-a istinadən xəbər verir ki, Yəmən Havadan Müdafiə Gücləri dünən gecə Hudayda vilayətində Səudiyyə liderliyindəki koalisiyasına aid bir PUA-nı zərərsizləşdirib.
Məlumata görə, bu PUA Hudayda vilayətindəki Tahita hava sahəsinə girmək istəyərkən vurulub.
Yəmən Havadan Müdafiə Gücləri keçən həftə də bu vilayətdə Səudiyyə koalisiyasına aid bir PUA-nı zərərsizləşdirmişdi.