Yəmən ordusu İsrailə məxsus daha bir gəmini hədəfə alıb

Yəmən ordusu İsrailə məxsus daha bir gəmini hədəfə alıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Ədən körfəzində İsrail gəmisinə PUA və raket hücumu edildiyini, işğal altındakı Fələstinin cənubundakı Eylat limanına da raket hücumları təşkil edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri İsrailə məxsus MSC Darwin gəmisinin Ədən körfəzində Yəmən ordusu tərəfindən çoxlu raket və PUA ilə hədəf alındığını açıqlayıb.

Yəhya Səri həmçinin bildirib ki, Yəmən ordusunun raket bölməsi işğal altındakı Fələstinin cənubundakı Eylat (Ümmü'l Rəş) limanındakı işğalçı İsrail rejiminin hədəflərinə çoxlu ballistik və qanadlı raketlər atıb.

Səri bəyanatının davamında bildirib: “Yəmən silahlı qüvvələri işğal olunmuş Fələstin limanlarına gedən İsrail gəmilərinin qarşısını kəsərək Fələstin xalqına dəstəyini davam etdirir. İşğalçı rejimin hücumları və Qəzzanı mühasirə dayandırmayınca, Yəmən silahlı qüvvələrinin əməliyyatları dayanmayacaq".

Yəhya Seri çərşənbə günü axşam saatlarında elan edib ki, sionist rejim ordusu Ədən körfəzində Amerika gəmisi və esminesi MAERSK YORKTOWN və Hind okeanında İsrail gəmisini hədəf alıb.

Xəbəri paylaş

VİDEOLAR