Yəmən ordusu Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri əsgərlərinə qarşı yeni əməliyyat keçirib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Yəmən ordusu Səada vilayətində Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri əsgərlərinə qarşı növbəti dəfə əməliyyat keçirib.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, keçirilən əməliyyat nəticəsində işğalçılara məxsus hərbi mərkəz tamamilə dağıdılıb.
Bundan əlavə bəzi işğalçı əsgərlər də əsir götürülüblər.