Yəmən Ordusu daha 2 ABŞ gəmisini hədəfə alıb

Yəmən Ordusu daha 2 ABŞ gəmisini hədəfə alıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Ədən körfəzində 2 ABŞ gəmisini hədəf aldıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri deyib:

"Dəniz qüvvələri Qəzza zolağında Fələstin xalqına qarşı zülm və mühasirəyə, həmçinin ABŞ və Böyük Britaniyanın ölkəmizə hücumlarına cavab olaraq Ədən körfəzində ABŞ-ın iki gəmisinə hücum edib".

Seri hücumun baş verdiyi iki gəminin Sea Champion və Mavis Fortuna olduğu məlumatını paylaşıb.

Yəmən sionist rejimin Qəzzəyə hücumlarına cavab olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində sionist şirkətlərə məxsus ticarət gəmilərini ələ keçirməyə və onların bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başladı.

Hücumlardan sonra işğalçı ABŞ, sionistlər və Qərb dövlətlərinə məxsus bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmalı olub.

Xəbəri paylaş

VİDEOLAR