Yəmən ordusu kəşfiyyat PUA-sını vurub.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (SQ) rəsmisi Yəhya Sərii məlumat verib.
Casus PUA bu gün Həccə əyalətinin Hərs şəhərində üzərində vurulu.
Vurulan PUA-nın modeli "Scan Eagle"-dir, ABŞ istehsalıdır, dəyəri 11,25 milyon dollardır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi və ABŞ tərəfindən dəstəklənən koalisiyanın Yəmənə qarşı işğal və təcavüz siyasəti davam etməkdədir.