Yəmən Ənsarullah Hərəkatının rəsmi media qurumları yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadlı verdiyi məlumata görə, Yəmən Ənsarullah hərəkatının siyasi ofisi, İranın tanınmış alimi olan Dr. Möhsin Fəxrizadənin qətlə yetirilməsilə əlaqədar verdiyi açıqlamada başsağlığı verib.
Açıqlamada Yəmənli Ənsarullahın bu cinayətin bütün planlaşdırıcılarına və icraçılarına cavab olaraq Tehranın haqqını vurğuladığı qeyd edilib.
Yəmən Ənsarullahı Fəxrizadə səviyyəsində böyük elm adamlarına qarşı sui-qəsd cinayətlərinin, düşmənlərin əlmi inkişafı inhisarında saxlamq üçün İslam ümmətinin elmi elitasını məhv etmək cəhdləri ilə uyğun olduğunu, lakin Allahın izni ilə bu kimi məkirli planların uğursuz olacağını elan bildirib.
Qeyd edək ki; bu gün cümə günortadan sonra silahlı terrorçular Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Dr. Möhsün Fəxrizadənin olduğu avtomobilə hücum ediblər.
Terror aktı nəticəsində F.Möhsinzadə dünyasını dəyişib.