Yəmən Ənsarullah Hərəkatı bu gün əllərində olan 100 məhbusu birtərəfli qaydada azad edəcəklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullahın Əsir İşləri üzrə məsul işçisi Əbdülkadir əl-Murteza X sosial media hesabında məsələ ilə bağlı açıqlama verib.
Murteza, Ənsarullah lideri Əbdülməlik əl-Hutinin göstərişi ilə bu gün birtərəfli olaraq humanitar təşəbbüs göstərəcəklərini və bu çərçivədə ən az 100 məhbusu azad edəcəklərini bildirib.
Yəmən hökuməti və Ənsarullah 11 mart 2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında İsveçrədə əsir mübadiləsi danışıqlarına başlayıb.
Danışıqlar nəticəsində tərəflər 2023-cü il martın 20-də 887 nəfərin, o cümlədən 4 jurnalistin və tanınmış siyasi, hərbi və təhlükəsizlik rəsmilərinin qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəliblər.
Yəmən hökumətinin Əsir və Məhbuslar üzrə Danışıqlar Komitəsinin sözçüsü və İnsan Haqları Nazirliyinin müavini Məcid Fədail 19 aprel 2023-cü il tarixli açıqlamasında 3 il davam edən məhbus mübadiləsi çərçivəsində hər iki tərəfdən təxminən 900 nəfərin azad edildiyini qeyd edib.
Tərəflər 2018-ci ildə İsveçdə keçirilən görüşlərdə 15 mindən çox əsir, məhbus və qaçırılan şəxsin siyahısını təqdim ediblər.