Yəmən müharibəsində ölən və yaralanan uşaqların sayı açıqlanıb

Yəmən müharibəsində ölən və yaralanan uşaqların sayı açıqlanıb

Səudiyyə Ərəbistanın Yəmənə hərbi müdaxiləsi səkkizincə ilə daxil olub. Bu müddət ərzində 10,200 uşaq ölüb və yaralanıb.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yəməndəki nümayəndəsi Filip Dümael son açıqlamasında Yəməndə uşaqlarla bağlı itkilərin və xəsarətlərin sayını açıqlayıb.

O, yazılan hesabatlara istinad etdiyini deyib və bildirib ki, bu ilin ilk iki ayı ərzində Yəmənin bir neçə bölgəsində ən azı 47 uşaq ölüb və ya yaralanıb.

"Yəməndə təxminən 7 il əvvəl münaqişənin şiddətlənməsindən bəri, Birləşmiş Millətlər Təşkilatı 10,200-dən çox uşağın öldürüldüyünü və yaralandığını təsdiqləyir. Faktiki rəqəmlərin daha çox olacağı ehtimalı var”, deyə o əlavə edib.

Qeyd edək ki, Yəməndə 2014-cü ildə başlayan daxili qarşıdurma, Səudiyyə Ərəbistanı koalisiyasının bir il sonra bu ölkədə hərbi müdaxilə etməsilə daha da şiddətlənib. Hazırda Yəməndə "Milli Qurtuluş Hökuməti"nin (husilər) nəzarətində olan və ölkə əhalisinin çoxunun məskunlaşdığı 13 əyalət hava, quru və sudan Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mühasirəsindədir.

Xəbəri paylaş

VİDEOLAR