Yəməndə 2015-ci ildən davam edən müharibədə 11 mindən çox uşaq qətlə yetirilib və ya yaralanıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-in Uşaq Fondundan (UNICEF) məlumat verilib.
BMT rəsmisi Ketrin Rassel ölkədə atəşkəs və sülhün bərpasına dair çağırış edib. O deyib ki, apreldə elan edilmiş atəşkəs münaqişənin intensivliyinin ciddi şəkildə düşməsinə səbəb olmuşdu, lakin ondan sonrakı dövrdə – oktyabrın əvvəlində daha 62 uşaq öldürülüb və ya xəsarət alıb.
İyul-sentyabrda isə minalar və partlamamış döyüş sursatlarından azı 74 uşaq həlak olub və ya yaralanıb.
Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.
Bundan başqa, Yəmən əhalisi, xüsusilə də uşaqlar kəskin aclıqdan əziyyət çəkir.