Yəmən: İngilis döyüş gəmisi hədəfə alındı

Yəmən: İngilis döyüş gəmisi hədəfə alındı

Yəmən Ənsarullah Hərəkatı Siyasi Bürosunun üzvü Məhəmməd Bahiti, "İngilis döyüş gəmisini hədəf aldıq" dedi.

Az.rasthaber.com xəbər verir ki, Əl Mayadeen televiziyasının məlumatına görə, Yəmən Ənsarullah Hərəkatı Siyasi Bürosunun üzvü Məhəmməd Bahiti Yəmən qüvvələrinin yeni dəniz əməliyyatları haqqında məlumat verib.

Bahiti, Ədən körfəzindəki son əməliyyatda İngilis döyüş gəmisini vurduqlarını açıqladı.

Məhəmməd Bahiti ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab verəcəklərini vurğulayıb.

Yəmən ordusunun Amerika-İngiltərə koalisiyası ilə birbaşa qarşıdurmaya hazır olduğunu bildirən Ənsarullah rəsmisi, "Yəmənin işğalı halında Yəmən milləti birlik olaraq ayağa qalxacaq" deyib.

Məhəmməd Bahiti deyib: Yəmən qüvvələrinin anti-sionist hərbi əməliyyatları Qəzza zolağına hücumlar dayandırılana qədər davam edəcək.

Bundan əvvəl Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri “ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı təcavüzü heç vaxt cavabsız qalmayacaq” deyib.

Xəbəri paylaş

VİDEOLAR