Yəmənə humanitar yardım üçün 1,2 milyard dollar ayrılacaq

Yəmənə humanitar yardım üçün 1,2 milyard dollar ayrılacaq

Yəmənə humanitar yardım üçün 1,2 milyard ABŞ dolları ayrılacaq.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Cenevrədə Yəmən üzrə keçirilən donor konfransından sonra bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə təxminən eyni məbləğdə vəsait toplanıb, sonra isə daha 1 milyard dollar ianə ayrılıb.

Bundan əvvəl BMT donorları 2023-cü ildə yəmənlilərə humanitar yardım üçün 4,3 milyard dollar ayırmağa çağırıb.

Yəmən üzrə donor konfransı BMT-nin Baş katibi Antoniu Quterreş tərəfindən İsveçrə və İsveç hökumətləri ilə birgə təşkil olunub.

BMT-nin məlumatına görə, 2023-cü ildə 21 milyondan çox yəmənlinin (ölkə əhalisinin üçdə ikisi) humanitar yardıma ehtiyacı olacaq.

Xəbəri paylaş

VİDEOLAR