"Yəmən heç vaxt ABŞ-a təslim olmayacaq!"

Əbdussəlam: Yəmən heç vaxt Amerikaya təslim olmayacaq

Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Milli Nümayəndəliyinin rəhbəri Məhəmməd Əbdüssəlam deyib:

İsrail rejimi Qəzzaya hücumlarını dayandırana qədər Yəmən Qəzzaya dəstək olmaq üçün bütün mümkün vasitələrlə İsrail gəmilərinin və ya işğal olunmuş limanlara doğru hərəkət edən gəmilərin qarşısını almağa davam edəcək.

Əbdüsselam deyib ki, sanksiyalar İsraili dəstəkləmək üçün Yəmənə zərər verməyə çalışan Amerikanın açıq-aşkar ikiüzlülüyünü və qalmaqalını göstərir.

Yəmən Milli Qurtuluş Hökumətinin rəsmisi Əbdüsselam vurğulayıb ki, Yəmən Amerikanın son qərarı (sanksiyaları) səbəbilə Qəzzaya dəstək mövqeyindən heç vaxt imtina etməyəcək, çünki Yəmənin mövqeyi prinsiplər, iman və insanlıq üzərində qurulub.

O qeyd edib ki, İsraili dəstəkləməklə, onu dənizlərimizə çıxarmaqla, torpaqlarımızı zorlamaqla qlobal terrora dəstək verən Amerikadır.

Əbdüsselam deyib: Əgər Amerika bəzi rejimləri öz üstünlüyünə və terror siyasətinə təslim etməyə öyrəşibsə, bilməlidir ki, bu, Yəmənin başına heç vaxt gəlməyəcək.

Xəbəri paylaş

VİDEOLAR