Yəmən cəbhəsindən xəbərlər: Atəşkəsi pozan səudiyyəlilərə ağır zərbələr

Yəmən cəbhəsindən xəbərlər: Atəşkəsi pozan səudiyyəlilərə ağır zərbələr

Al-Masirah telekanalı: Onlarla Səudiyyə Ordusunun hərbçisi və muzdlusu məhv edilib

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmənin Al-Masirah telekanalı yəmənlilərin əməliyyatlarında onlarla Səudiyyə Ordusunun hərbçisi və muzdlusunun öldüyünü bildirib.

Digər məlumata görə, Səudiyyənin atəşkəs elan etməsinə baxmayaraq yenə Hudeydədə atəşkəs rejimini pozaraq Əş-Şacan kəndini mühasirəyə almış, əl-Durayham və əş-Çueb və müsəlləs əl-Ədin kəndlərini minamyotlardan atəşə tutub.

Yəmən Ordusunun sözcüsü Yəhya Səri dünən verdiyi açıqlamada, Səudiyyə koalisiyasının keçən cümə axşamından etibarən elan edilən atəşkəsə baxmayaraq indi qədər Sana, İmran, əl-Cuf, Məarib, əl-Bayza, Sada və Hudeydədə ən az 260 quru və hava hücumu həyata keçirdiyini bildirib.

Sözcü həmçinin qeyd edib ki, Ordu ölkə və milləti qorumaq üçün lazım olan bütün addımları atacaq.

Qeyd edək ki, Səudiyyə koalisiyası keçən həftə 2 həftəlik atəşkəs razılığına gəlindiyini və hətta uzada biləcəklərini açıqlamasına baxmayaraq, atəşkəsdən saatlar sonra Yəmən mövqelərini atəşə tutub.

Xəbəri paylaş

VİDEOLAR