Yəmən böhranı qarşısında səssizlik utancvericidir

Yəmən böhranı qarşısında səssizlik utancvericidir

Pasxa bayramının bu il Beynəlxalq Mina Xəbərdarlığı Gününə təsadüf etdiyini qeyd edən Papa, minaları “məkrli və dəhşətli qurğular” adlandırıb.

Rasthaber xəbər verir ki, Roma Papası Fransis Pasxa mesajında xüsusilə də az gəlirli ölkələrdə hər kəsin səhiyyə xidmətləri və peyvəndlərə əlçatımlılığının təmin edilməsinə çağırıb və dünyada hələ də davam edən “bir çox münaqişələri” qınayıb.

Koronavirus səbəbi ilə artıq ikinci ildir ki, Papanın iştirakı ilə Pasxa mərasimləri əvvəllər kilsənin içində və qarşıdakı meydanda böyük izdihamın toplaşdığı şəraitdə deyil, Müqəddəs Pyotr Bazilikasında yalnız kiçik bir qrupun iştirakı ilə keçirilir.

Papa Fransis həmçinin Myanmada gənclərlə bağlı yüksək fikir bildirib. O, gənclərin demokratik dəyişikliyə sadiq qaldıqları və səslərini dinc şəkildə eşitdirdikləri üçün onlara təşəkkür edib. Papa Suriya, Yəmən və Liviyada münaqişələrin sona çatmasına ümid bəslədiyini bildirib və müharibə şəraitində yaşayan xalqların ölkələrini bərpa etməyə başlaması üçün insanların sülh tapmasını arzu edib.

Xəbəri paylaş

VİDEOLAR