25.03.2022 14:00:59
Yəmən Milli Qurtuluş Hökumətinin Neft Nazirliyinin sözçüsü, Səudiyyə Ərəbistanının Yəmənə yanacaq daşıyan gəmiləri müsadirə edərək, dəniz quldurluğu etdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Məsira kanalının məlumatına görə, Yəmənin Milli Qurtuluş Nazirliyinin sözçüsü Əmin əş-Şərəfi, dünən etdiyi çıxışda, Yəmənin yanacaq daşıyan gəmilərinin ələ keçirilməsinin Yəmən vətəndaşları üçün bir çox problem yaratdığını bildirib.
Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü, Birləşmiş Millətlər Təşkilatının Səudiyyə Ərəbistanının dəniz quldurluğunu ört-basdır etdiyini bildirib:
"BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi, Sənanın dəfələrlə tələb etməsinə baxmayaraq, ələ keçirilən yanacaq gəmilərinin azad edilməsi üçün heç bir addım atmayıb və sadəcə boş vədlər verib".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə başlatdığı müharibə, indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin öz ev-eşiyindən didərgin düşməsinə səbəb olub.