Yəmən Ali Siyasi Şurasının sədri Həzrət Muhəmməd (s) Peyğəmbərə Fransada edilən təhqiri qınayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəmən Ali Siyasi Şurasının sədri Məhəmməd Əli Əlhusi bəzi binaların fasadlarında Fransada Peyğəmbərə (s) aid edilən təhqiramiz karikaturaların əks olunmasını qınayıb.
Əlhusi Vurğulayıb: "Fransa hökumətinin birbaşa göstərişi ilə Peyğəmbərə (s) qarşı təhqirləri qınamaq üçün İslami bir toplantı keçirilməlidir.
Fransadakı diplomatlar bu ölkəni tərk etməli və fərqli ölkələrdəki Fransa səfirləri də deportasiya edilməlidir".
Yəmən Ali Siyasi Şurasının sədri fərqli qurumların da peyğəmbərlərə (ə) cinayət məsuliyyətini nəzərdə tutan bir qanun qəbul etməsi üçün BMT və Təhlükəsizlik Şurasına təzyiq etməsini istəyib.