Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri ABŞ və Böyük Britaniyanın Sana və digər bölgələrə qarşı son hücumlarına cavab olaraq Qırmızı dənizdə ABŞ-a məxsus "Eisenhower" təyyarədaşıyan gəmisinə raket hücumu həyata keçirdiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Əl Məsirə telekanalının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri verdiyi açıqlamada, ABŞ və Böyük Britaniyanın Sana və digər bölgələrə qarşı son hücumlarına cavab olaraq və Qəzza xalqına dəstəyi davam etdirmək məqsədilə Qırmızı dənizdə ABŞ-a məxsus “Eisenhower” təyyarədaşıyan gəmisinə raket hücumu həyata keçirdikləri açıqlanıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü tərəfindən verilən açıqlamada, ABŞ və Böyük Britaniyanın Əl-Səlif limanı və Hudeydə bölgələrinə hücumlarına cavab olaraq, məzlum Fələstin xalqına dəstəyi davam etdirmək məqsədilə Yəmənin raket birləşmələri və bu ölkənin donanmasının birgə təşkil etdiyi əməliyyatda ABŞ-ın “Eysenhower” təyyarədaşıyan gəmisi Qırmızı dənizdə hədəfə alınıb.
Seri daha sonra deyib:
"Yəmən Silahlı Qüvvələri bu ölkənin ərazisinə hər hansı yeni hücuma birbaşa və dərhal cavab verməkdən, Qırmızı dəniz və Ərəbistan dənizindəki ABŞ və Böyük Britaniyanın hədəflərini hədəf almaqdan çəkinməyəcək.".