Yəmən: ABŞ-ın planlarından xəbərdarıq

Yəmən: ABŞ-ın planlarından xəbərdarıq

Yəmənin Milli Azadlıq Hökumətinin xarici işlər nazirinin müavini ABŞ-ın bu ölkəyə qarşı hər hansı axmaqlığının nəticələri barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Azadlıq Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzi bu açıqlamaları verib: “Yəmən ABŞ-ın düşmən planlarından xəbərdardır.

Amerikaya xəbərdarlıq edirik. Əgər bu ölkə düşməncəsinə hərəkətə keçsə, regionda təhlükəsiz yol belə tapa bilməyəcək.

Belə olan halda Birləşmiş Ştatların maraqları bütün azad insanlar üçün daimi məqsədə çevrilərdi. Bu uğursuz planlar onu uzunmüddətli cəhənnəmə atmazdan əvvəl Birləşmiş Ştatlar Yəmənə qarşı düşmən münasibətinə son qoymalıdır.

Amerika Yəmənə qarşı mümkün axmaqlığının nəticələrinə görə məsuliyyət daşıyır.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Seri bu gün səhər verdiyi açıqlamada belə deyib:

“Bu qüvvələr Fələstin xalqına və Qəzzə müqavimətinə dəstək və ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi hücumlarına cavab olaraq işğalçılara qarşı iki əməliyyat keçirib. 

Yəmən qüvvələri Qırmızı dənizdə Britaniyanın neft tankerini və Səada vilayətinin səmasında Amerikanın MQ9 pilotsuz təyyarəsini hədəfə alıb.

Bu ölkənin qüvvələri İngiltərənin Qırmızı dənizdəki hücumlarına cavab olaraq çoxlu sayda raketlə İngilis tankeri ANDROMEDA STAR-ı hədəfə alıb və raketlər birbaşa hədəfi vurub.

Yəhya Səri həmçinin Amerikanın qabaqcıl pilotsuz uçuş aparatının Yəmən səmasında müvəffəqiyyətlə vurulmasına toxunaraq deyib:

Dünən, cümə günü Yəmənin Hava Hücumundan Müdafiə Qüvvələri Səada vilayətinin hava məkanında Amerikaya məxsus MQ9 təyyarəsini vurmağa müvəffəq olub.".

Xəbəri paylaş

VİDEOLAR