Yəhudilər İsrail polisinin himayəsi altında Əl-Əqsa məscidinə basqınlarını davam etdirirlər

Yəhudilər İsrail polisinin himayəsi altında Əl-Əqsa məscidinə basqınlarını davam etdirirlər

Fanatik yəhudilər 24-25 sentyabr tarixlərini əhatə edən “Yom Kippur bayramı” bəhanəsi ilə Əl-Əqsaya basqınlarını davam etdirirlər.

Az.rasthaber.com xəbər verir ki, onlarla fanatik yəhudi bu gün səhər saatlarından etibarən sionist rejim polisinin himayəsi altında qrup halında Məscidül-Əqsaya basqın edib.

Fanatik yəhudi qrupları “Yom Kippur bayramı” münasibətilə Əl-Əqsa məscidinə basqınların gücləndirilməsini istəyib.

Sionist rejim polisi basqın zamanı bir fələstinlini Məscidül-Əqsanın həyətində saxlayıb.

Dünən 317 fanatik yəhudi İsrail polisinin himayəsi altında qrup halında Məscidül-Əqsaya basqın edib.

Xəbəri paylaş

VİDEOLAR