Yəhudi ravvin: Cənab Rəisinin ən mühüm xüsusiyyəti məzlumların müdafiəsi idi

Yəhudi ravvin: Cənab Rəisinin ən mühüm xüsusiyyəti məzlumların müdafiəsi idi

Anti-sionist yəhudi ravvin İranın mərhum Prezidentinin bəşəriyyət üçün ən yaxşılarını istədiyini bəyana edərək, məzlumların müdafiəsini xidmət şəhidlərinin ən mühüm xüsusiyyəti hesab edib və bölgədəki proseslərlə bağlı vurğulayıb: “Sionist rejim ləğv edilməlidir ki, bu bölgəyə sülh qayıda bilsin.”

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, Naturi Karta kimi tanınan “Beynəlxalq Anti-sionist Yəhudilər İttifaqı”nın sözçüsü İsrail David Vays bu gün (çərşənbə günü) İslam Respublikası Xəbər Agentliyinin (İRNA) jurnalistləri ilə görüşündə deyib: “Məqsədimiz sionizmin yəhudiliyi təmsil etmədiyini dünyaya bəyan etməkdir. Hələ İsrail rejimi qurulmamışdan əvvəl atalarımız sionizm təlimlərinə qarşı olduqlarını bəyan etmişdilər.”


Yəhudilik və sionizmin düşüncə və əməldə bir-biri ilə ziddiyyət təşkil etdiyini bildirən Naturi Karta deyib: “Yəhudi nə qədər Tövrata və yəhudi şəriətinə tabe olarsa, İsrailə və sionizmə bir o qədər nifrət edir.”

Nyu-Yorkdan olan bu ravvin İran İslam Respublikasına və Rəhbərliyinə sevginin səbəbi haqqında belə deyib: “İran İnqilabının banisi Ayətullah Xomeyni həmişə yəhudilik və sionizm arasındakı fərqi vurğulayırdı. Bu məsələ bizə bu düşüncəli insanın fikir genişliyini, düşüncə dərinliyini sübut etdi.”

Bu ictimai fəal dünyada işğalçı rejimin özünü məzlum kimi göstərməsi və iranofobiya yaratması haqqında deyib: “Təl-Əviv İranı antisemitizmdə günahlandırır, halbuki, minlərlə yəhudi müsəlman qardaşları ilə birlikdə dinc yaşayır.”

O, xidmət şəhidlərin itkisi ilə bağlı İran xalqına və hökumətinə başsağlığı verməklə yanaşı deyib: “Ayətullah Rəisi də Ayətullah Xomeyni kimi yəhudilik və sionizm arasında fərq qoyurdu və mərhum Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanla birlikdə məzlumların müdafiəçisi idi və Fələstinin ideyasını dəstəkləyirdi.”

Xəbəri paylaş

VİDEOLAR