İşğalçı İsrail rejiminin hərbi qüvvələri və polisi tərəfindən xüsusi olaraq qorunan, sözdə mülki yəhudi mühacir terrorçu dəstələri dünən Fələstinin İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə qarşı hücumlar həyata keçirib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, işğalçı əsgərlər tərəfindən qorunan onlarla yəhudi köçkün, Əl-Xəlilin İzna qəsəbəsi ilə Fərşul-Həva yolunu birləşdirən əsas yola çıxıb və yoldan keçən maşınları daşlamağa başlayıblar. Bu hücumda bəzi avtomobillərin şüşələrinin sındırıldığı bildirilib.
Kiryat Arba və Neghout qəsəbələrində yaşayan terrorçu mühacir dəstələri də Hebronun şərqində maşınları daşqalaq edib, bəzi maşınların şüşələrini sındırıb, bəzilərinin kapotunu zədələyib.
Nablusun cənubundakı Burin və şəhərin qərbindəki Burka qəsəbələrində məskunlaşan yəhudi dəstələrin də hücumlar təşkil etdiyi bildirilib.
Xatırladaq ki, bazar ertəsi axşam onlar Ramallahın Senjal şəhərində və Əl-Birənin şimal girişindəki Zatere hərbi keçid məntəqəsində fələstinlilərin maşınlarını daşqalaq ediblər.