Yəhudi mühacirlər qərb sahilində yeni qeyri-qanuni yaşayış məntəqəsi qurublar

Yəhudi mühacirlər qərb sahilində yeni qeyri-qanuni yaşayış məntəqəsi qurublar

Fələstin xəbər agentliyi WAFA-nın yerli mənbələrdən verdiyi xəbərdə, təxminən 15 yəhudi köçkünün Yerixonun şimalında Əl-Uca su kanalına 300 metr yaxınlıqda yeni qeyri-qanuni yaşayış məntəqəsi qurduqları bildirilib.

Az.rasthaber.com xəbər verir ki, məskunlaşanların 2 həftə əvvəl başqa bir qəsəbə qurduqları və bu qeyri-qanuni məskunlaşmaların İsraildə sağçı hökumətin təşviq etdiyi müstəmləkə planlarının bir parçası olduğu bildirilib.

Sözügedən yaşayış məntəqələrinin bölgədəki bədəvilərə təzyiq göstərmək və təbii su ehtiyatlarından məhrum edərək onları köç etməyə məcbur etmək məqsədilə salındığı bildirilib.

Oktyabrın 7-dən etibarən sionist İsrailin Qəzzada həyata keçirdiyi hücumlarla yəhudi köçkünlər Fələstin torpaqlarını ələ keçirmək üçün qeyri-qanuni qəsəbələr, yollar və hasarlar tikərək müstəmləkəçilik fəaliyyətlərini artırıblar.

Xəbəri paylaş

VİDEOLAR