Yəhudi mühacirlər fələstinlilərə aid avtomobillərə od vurdu

Yəhudi mühacirlər fələstinlilərə aid avtomobillərə od vurdu

Yəhudi mühacir terrorçuları bu gün səhər saatlarında, İordan çayının qərb sahilinin şimalında, Nablusun cənubundakı Calud qəsəbəsində fələstinlilərə aid 4 avtomobili yandırıblar.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, İordan çayının qərb sahilinin şimal hissəsindəki yəhudiləşdirmə fəaliyyətindən məsul olan Gassan Dağles, Adi Ad yəhudi qəsəbəsindəki mühacir terrorçuların, səhər saatlarında Caludun şərq hissəsinə basqın edərək dörd avtomobili tamamilə yandırdıqlarını bildirib.

Dağles, bölgə xalqının yanğın zamanı mühacir terrorçulara qarşı çıxdığını, lakin 4 maşını alov bürüdüyü üçün, onların yanmasının qarşısını almağın mümkün olmadığını qeyd edib.

Qeyd edək ki, sionist qüvvələri tərəfindən himayə edilən yəhudi mühacirlər, İordan çayının qərb sahilində daima terror aktı törədirlər. Bəzən fələstinlilərə hücum edir, bəzən torpaqlarını məhv edir, ağaclarını yandırır və ya sındırır, evlərinə, maşınlarına od vurur, qoyun sürülərini və məhsullarını oğurlayırlar.

Xəbəri paylaş

VİDEOLAR