Yerə "potensial təhlükəli" hesab olunan 3 asteroid yaxınlaşır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Kosmik Agentliyinin (NASA) Yerətrafı obyektləri tədqiqi mərkəzi bildirib.
Qeyd olunur ki, asteroidlər dekabrın 25-də Yerə ən yaxın məsafədən keçəcək. Həmin asteroidlərdən ən böyüyünün diametri 200 metrə yaxındır.
Asteroidlərdən biri Yerə 3 milyon kilometrədək yaxınlaşacaq.
NASA planetə 7,5 milyon kilometrədək yaxınlaşan bütün obyektləri "potensial təhlükəli" hesab edir.