Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqləndi

Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqləndi

Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib.

“Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini dübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, Tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” - deyə Molodsova bildirib.

Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb.

Xəbəri paylaş

VİDEOLAR