“Önümüzdəki günlərdə yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı karantin rejiminin yumşaldılmasına qərar verilə bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Bununla belə, o qeyd edib ki, gənclərin böyükləri qorumaq üçün atacağı addımlardan çox şey asılıdır: “Biz tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıyıq. Böyüklərimiz də çölə çıxmalı, hərəkət etməlidir”.