Yaponiyada sərnişin təyyarələri toqquşub

Yaponiyada sərnişin təyyarələri toqquşub

Yaponiyada ANA-ya aid sərnişin təyyarələri Osaka hava limanında toqquşub.

Az.rasthaber.com xəbər verir ki, Yaponiyanın All Nippon Airways (ANA) aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi Osaka hava limanının uçuş zolağında toqquşub.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, qəza yerli vaxtla saat 10.10-da İtami hava limanında baş verib. Daxili terminalın uçuş-enmə zolağında baş verən qəzada ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb. Təyyarələrə cüzi ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR