Yaponiyada doğum səviyyəsi rekord həddə azalır

Yaponiyada doğum səviyyəsi rekord həddə azalır

Yaponiyada olduqca az uşaq dünyaya gəlir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyindən məlumat verilib.

2024-cü ilin ilk yarısında ölkədə cəmi 350 mindən bir az çox körpə anadan olub.

Bu isə 2023-cü ilin analoji periodu ilə müqayisədə, 21 min uşaq və 5,7% daha azdır. Bu göstəricilər rekord həddə azalma deməkdir.

Qeyd edilir ki, artıq 3 ildir ki, ilin yanvar-iyun aylarında 400 mindən az uşaq dünyaya göz açır.

Vurğulanıb ki, bu, 1969-cu ildən bəri ən aşağı göstəricidir.

Bundan başqa, ölkədə ölüm sayı doğum sayını üstələyir.

Yaponiya əhalisinin sayı 2008-ci ildə 128,1 milyon nəfər idisə, 2022-ci ildə ölkə sakinlərinin sayı 125,1 milyon nəfərədək azalıb.

Xəbəri paylaş

VİDEOLAR