“Xəzər” TV-nin sahibi və rəhbəri dəyişib

“Xəzər” TV-nin sahibi və rəhbəri dəyişib

Məlumatı “Socar Media”da təsdiqləyiblər.

“Xəzər” TV kanalının səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib. Sahibin dəyişməsi nəticəsində teleşirkətə yeni baş direktor təyin edilib. Bu, şoumen Murad Dadaşovdur.

Məlumatı “Socar Media”da təsdiqləyiblər.

Bundan öncə “Xəzər” TV-yə prezidentin köməkçisi Əli Həsənov nəzarət edirdi, onun oğlu Şamxal Həsənov isə qurumun baş direktoru idi.

Müşahidəçilərin fikrincə, telekanalın sahibinin və rəhbərinin dəyişdirilməsi redaksiya siyasətində ciddi dəyişikliklərə səbəb olacaq.

“Xəzər” TV-nin işi çox güman ki, İctimai Televiziya kimi yenidən qurulacaq. Əsasən dövlət qurumlarının müəyyən qədər tənqidinə icazə veriləcək, əvvəllər yasaqlanan ictimai xadimlər efirə çıxacaq, yayım texniki baxımdan yaxşılaşacaq. Yəqin ki, şou proqramların məzmunu da yaxşılığa doğru dəyişəcək.

Turan IA

Xəbəri paylaş

VİDEOLAR