XXI əsrdə ən çox oyun keçirən futbolçular açıqlanıb

XXI əsrdə ən çox oyun keçirən futbolçular açıqlanıb

Karyerasını davam etdirənlər arasında XXI əsrdə ən çox oyun keçirən futbolçular açıqlanıb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib ki, siyahıya İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir.

37 yaşlı hücumçu XXI əsrdə 1104 matça çıxıb.

İkinci sırada İspaniya "Barselona"sından Daniel Alveş (1000) qərarlaşıb. Fransa PSJ-sindən Lionel Messi (955) üçüncü, İtaliya "Milan"ından Zlatan İbrahimoviç (939) dördüncü yerdədir.

Xəbəri paylaş

VİDEOLAR