Xətibzadə Ərbildəki Mossad hərbi bazasına raket hücumu barədə

Xətibzadə Ərbildəki Mossad hərbi bazasına raket hücumu barədə

"İran dərin əlaqələri olan bir qonşu ölkədə ona qarşı terror mərkəzinin yaradılmasına dözüm göstərməyəcək".

“İran dərin münasibəti və əməkdaşlığı olan qonşu bir ölkədə ona qarşı təhdid mərkəzinin yaradılmasını əsla qəbul etməyəcək. Bu təhdid üçüncü bir ölkəyə aiddir. Sionist rejimi İraqın ərazilərindən dəfələrlə bizə təhdid yaradıb. Kürdüstan Regional Hökuməti ərazisində terror qruplarının İslam İnqilabına qarşı toplantıları keçirilib. İran sərhədləri yaxınlığında terror və təxribar mərkəzinin yaradılmasına dözüm göstərməyəcək. İstər sionist rejimi tərəfindən, istərsə də İslam İnqilabına ziddi olan qruplar tərəfindən olsun.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

İranın Ərbilə raket hücumuna aydınlıq gətirən XİN sözçüsü bildirib ki, rəsmi Tehran Kürdüstan muxtariyyəti ərazisində İsrail Kəşfiyyatınn və müxtəlif terror qruplarının fəaliyyətilə bağlı rəsmi Bağdada bir neçə dəfə xəbərdarlıq edib.

O əlavə edib ki, İran dərin əlaqələri olan bir qonşu ölkədə ona qarşı terror mərkəzinin yaradılmasına dözüm göstərməyəcək.

“İraq tərəfilə görüşlərdə deyilib və onlardan təvəqqe edilir ki, məlum vəziyyətə birdəfəlik son qoysunlar və sərhədlərindən sui-istifadə edilməsinə imkan verməsinlər”, deyə Xətibzadə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR