Xətibzadə: İndiki ABŞ rəsmiləri keçmişdəkilərin uğursuz yolunu gedirlər

Xətibzadə: İndiki ABŞ rəsmiləri keçmişdəkilərin uğursuz yolunu gedirlər

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ağ Evin İrana qarşı sanksiyalarına reaksiyada, ABŞ-ın hazırkı rəsmilərinin əvvəlki rəhbərliyin uğursuz yolunu davam etdirdiyini vurğulayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, Səid Xətibzadə ABŞ-ın Xəzinədarlı Nazirliyinin saxta ittihamlarla dörd İran vətəndaşının adını sanksiyalar siyahısına salmasına münasibət bildirərkən deyib: "Təəssüf ki, ABŞ-ın indiki rəsmiləri keçmiş hökumətin uğursuz yolu ilə gedirlər". 

Xətib zadə əlavə edib: "ABŞ-dakı sanksiya tərəfdarları İranın maksimum müqaviməti səbəbindən sanksiya alət qutusunu boş gördülər və bu dəfə Hollivud ssenarilərinə əl ataraq sanksiya mühitini yaşatmağa çalışırlar".

"Vaşinqton bilməlidir ki, sanksiya aludəçiliyini tərk etməkdən və Tehrana hörmətlə yanaşmaqdan başqa çarəsi yoxdur", - deyə İranın Xarici İşlər Nazirliyinin sözçusu qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR