XİN: Səudiyyə Türkiyəni Liviyada görmək istəmir

XİN: Səudiyyə Türkiyəni Liviyada görmək istəmir

Feysəl ibn Fərhan Türkiyənin Liviya siyasətilə bağlı Səudiyyənin mövqeyini açıqlayıb

Rasthaber Azərbaycan  "Eastnews"a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl ibn Fərhan Liviya ilə bağlı açıqlama verib.  

Nazir vurğulayıb ki, Türkiyə Liviyadakı vəziyyəti hər ötən gün daha da gərginləşdirir.  

"Liviya böhranı əslində oradakı tərəflər arasında həll olunmalıdır. Türkiyənin və yaxud başqa dövlətin oraya əsgər göndərməsini qəbul etmirik", - deyə Feysəl ibn Fərhan diqqətə çatdırıb.  

O, qeyd edib ki, Münhen Təhlükəsizlik Sammitində Liviya ilə bağlı alınan qərarları Səudiyyə Ərəbistanı təqdirəlayiq hesab edir.

Xəbəri paylaş

VİDEOLAR