"Xarici qüvvələrin hərbi bazaları İraqdan çıxarılmalıdır" - İraq Hizbullahı

İraqın "Kətaib əl-Hizbullah" Hərəkatı Ərbil şəhərindəki iki Mossad bazasına raket hücumuna toxunaraq, bu məsələnin İraq daxilində münaqişənin növbəti mərhələsindən xəbər verdiyini bildirib.


"Al-Məlume" xəbər saytında dərc edilən bəyanatda deyilir: "İran qüvvələrinin İsrailin Ərbildəki inkişaf etmiş təchizatlara sahib bazasını hədəf alması və çox sayda  Mossad zabitinin məhv edilməsi və yaralanması əməliyyatı yeni növ münaqişənin ilk mərhələsi ola bilər."

İraq Müqavimət Hərəkatı həmçinin ölkənin regional və beynəlxalq münaqişələrdən daha çox əziyyət çəkməməsi üçün xarici qüvvələrin hərbi bazalarının və kəşfiyyat bazalarının İraqdan çıxarılmasının vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR