"Xarici qüvvələr Suriyadan qeyd-şərtsiz çıxarılmalıdır"

İran Suriyada qeyri-qanuni mövcud olan xarici qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılması çağırışını təkrarlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxtirəvançi BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında deyib:
Suriyadakı böhran, işğala son qoyulmadan və terror təhdidləri aradan qaldırılmadan həll oluna bilməz və terrorla mübarizə bəhanəsi ilə Suriyanın suverenliyi və ərazi bütövlüyü təhlükəyə atıla bilməz. Ona görə də qeyri-qanuni işğalçı qüvvələr, o cümlədən Amerika qüvvələri, heç bir şərt və məcburiyyət olmadan dərhal bu ölkədən çıxmalıdır".
Rəvançi deyib: “İran Suriya xalqının təbii sərvətlərinin, xüsusilə də neft və kənd təsərrüfatı məhsullarının xarici qüvvələrin işğalı altında olan ərazilərdə talan edilməsini bir daha pisləyir”.
O həmçinin, İsrailin Suriya ərazisinə davamlı hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasını bu hücumlardan sionist rejimi təqsirli bilməyə çağırıb.
Revançi Suriyaya qarşı embarqoya, qeyri-qanuni və dağıdıcı tətbiqlərə bir an əvvəl son qoyulması lazım olduğunu bildirərək, Suriya xalqına qarşı birtərəfli məcburi tədbirlərin həyata keçirilməsinin həyatın bütün sahələrində fəlakətli nəticələr doğuracağına diqqət çəkib. O, bildirib:
"Bu məsələ Suriya xalqı və köçkünlərin öz evlərinə qayıtması üçün mühüm əhəmiyyət kəsb edən, erkən bərpa layihələri və də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının 2585 saylı qətnaməsinə ziddir".

Xəbəri paylaş

VİDEOLAR