Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Xəbəri paylaş

VİDEOLAR