Xanım Xədicənin (ə) vəfat günüdür

Xanım Xədicənin (ə) vəfat günüdür

Bu gün İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (s) həyat yoldaşı, Xanım Fatimənin (s.ə) anası Xanım Xədicənin (ə) vəfat günüdür

Rasthaber xatırladır ki, Mübarək Ramazan ayının 10-u İslam Peyğəmbərinin (ə) həyat yoldaşı, Xanım Fatimənin (s.ə) anası Xanım Xədicənin (ə) vəfat günüdür.

Xanım Xədicə  Məhəmmədin ilk və (Xanım Xədicənin) sağlığında yeganə həyat yoldaşı olub. İki dünya xanımı Həzrəti Fatimənin anasıdır.

Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir. Oğlan uşaqları; Qasım və Abdullah,  qız uşaqları; Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimədir.

Xədicə bütün qadınlardan əvvəl İslamı qəbul edərək iman etmişdir. Sərvəti İslam dini və nübuvvətin inkişaf etməsinə səbəb olmuşdur. Məhəmməd daim onu tərifləyər, mədh edər və belə buyurardı: "Mən (qadınlar içində) Xədicədən daha artığına nail olmamışam, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır". Xədicə Hicrətdən üç il əvvəl, altmış beş yaşında ikən, Məkkədə vəfat etdi.Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənlədi və Məkkənin "Hücun dağı" ətəklərindəki Mualla məqbərəsində torpağa verdi.  

Xəbəri paylaş

VİDEOLAR