Xan ABŞ-ın qanlı siyasəti və onun fəsadları haqda danışdı

Xan ABŞ-ın qanlı siyasəti və onun fəsadları haqda danışdı

Əfqanıstandakı qeyri-sabitliyə görə Pakistan əfqanıstanlı qaçqın və terrorçuluğun artması problemi ilə üzləşib.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Baş naziri İmran Xan danışıb.

"2021-ci ilədək Pakistan ərazisində 3 milyon əfqanıstanlı qaçqın var idi. Keçən il taliblər Kabili tutduqdan sonra Pakistana yeni qaçqın axını başladı və təxminən 250 min əfqanıstanlı bizim ölkəyə keçdi. Onların arasında terrorçular da var idi", - deyə o bildirib.

Xanın sözlərinə görə, ABŞ-ın Əfqanıstan siyasəti terrorçuluq və PUA hücumları səbəb ilə mülki əhali arasında qurbanların artmasına səbəb olub.

"Pakistan ABŞ-ın terrorçuluqla müharibəsinə qoşulduqdan sonra bizim ölkədə terror hücumları nəticəsində 80 min insan həlak oldu. Bu müharibə davam etdikcə terrorçuların aktivləşməsi də artırdı", - deyə o qeyd edib.

Xan əlavə edib ki, ABŞ Əqfanıstanı tərk etsə də, terrorçuluq fəaliyyəti davam etməkdədir.

Xəbəri paylaş

VİDEOLAR