Xalq rəssamı Tahir Salahov vəfat edib

Xalq rəssamı Tahir Salahov vəfat edib

Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib.

Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib.

Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib ki, xalq rəssamı Almaniyada vəfat edib.

Tahir Salahovun bacısı Zərifə Salahova  qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini və xəstəxanada yatdığınıı bildirib.

Onun sözlərinə görə, Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq. "Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək".

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib.

1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən rəssam sonralar təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunda davam etdirib.

1963-cü ildə ona Azərbaycan SSR xalq rəssamı adı verilib, həmin il SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib.

Müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub.

Tahir Salahov Fransa İncəsənət Akademiyasının müxbir, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiyanın xalq rəssamı, Almaniya Rəssamlar İttifaqının fəxri üzvü olub.

Xəbəri paylaş

VİDEOLAR