“Washington Post” qəzetinin Qüdsdəki baş redaktoru Əl-Cəzirə telekanalına müsahibəsində bu telekanalının jurnalisti Şirin Əbu Əqlanın işğal olunmuş Fələstində şəhid edilməsi ilə bağlı araşdırma barədə məlumat verib.
"Onun necə öldürülməsi ilə bağlı araşdırmamız bu hadisə (cinayətlə) ilə bağlı ifadə verənlərin bütün dediklərini təsdiqləyir."
Washington Post redaktoru əlavə edib:
"Biz xüsusi araşdırmalar apardıq, onun necə öldürüldüyünü araşdırdıq, bütün hesabatları, şahidlərin ifadələrini təhlil etdik. Araşdırmamız bu hadisə zamanı guya bir fələstinlinin Şirin Əbu Əqlanı vurmasını və İsraillə fələstinlilər arasında atışma olması ilə bağlı fərziyyəni təkzib edir."
O, həmçinin bildirib ki, bütün dəlillər işğalçı İsrail tərəfinin Əbu Əqlanın şəhadəti ilə bağlı açıqlamalarının həqiqətə uyğun olmadığını göstərir.