Vyetnam parlamentinin sədri İrana səfər edib

Vyetnam parlamentinin sədri İrana səfər edib

Vyetnam Milli Assambleyasının sədri İran rəsmiləri ilə görüşmək üçün dünən Tehrana gəlib.

Az.rasthaber.com xəbər verir ki, İranın Vyetnamdakı səfiri Əli Əkbər Nəzəri Vyetnam Milli Assambleyasının sədrinin Tehrana səfər etdiyini açıqlayıb.

Nəzərinin paylaşımında aşağıdakı ifadələr yer alıb:

"Bu gün səhər İndoneziya və İrana gedən Vyetnam parlamentinin sədrini yola saldım. Vyetnam parlamenti sədrinin Tehrana səfəri 24 il sonra, 2018-ci ildə iranlı həmkarının dəvəti ilə həyata keçirilir. Bu səfər sözsüz ki, münasibətlərdə dönüş nöqtəsi kimi ikitərəfli münasibətlərin, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına gətirib çıxaracaq.".

Xəbəri paylaş

VİDEOLAR