Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, vaksinasiya olunmalıdır - DİN rəsmisi

Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, vaksinasiya olunmalıdır - DİN rəsmisi

“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.

Rasthaber Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir:

“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".

Xəbəri paylaş

VİDEOLAR