Vətən müharibəsində şəhid olan hərbçi ilə vida mərasimi

Vətən müharibəsində şəhid olan hərbçi ilə vida mərasimi

Vətən müharibəsində şəhid olan hərbçimizlə Mingəçevirdə vida mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir şəhərində yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimində şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

 

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Xəbəri paylaş

VİDEOLAR