Vladimir Putin: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Vladimir Putin: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Rasthaber Sputnik-ə xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib. 

Putin Ermənistanın belə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb:

"Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".

"KTMT müqaviləsi bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım göstərməyi nəzərdə tutur. Heç kim Ermənistan Respublikası ərazisini zəbt etmədi və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermədi", - deəy Rusiya prezidenti bildirib.  

Putin, Moskvanın Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirdiyini əlavə edib.

"Sizi əmin edirəm ki, Ermənistan özünü tərk edilmiş, unudulmuş hiss etməyib. Və Rusiya bunun baş verməməsi üçün hər şeyi etdi", - deyə Rusiyanın dövlət başçısı bildirib.

Xəbəri paylaş

VİDEOLAR