Vilayəti: Sionistlərə qalib gəlməyin yeganə yolu müqavimət cəbhəsidir

Vilayəti: Sionistlərə qalib gəlməyin yeganə yolu müqavimət cəbhəsidir

İran İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Suriyanın xarici işlər naziri Feysəl Mikdad ilə telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə Suriyanın xarici işlər naziri Feysəl Mikdad arasında telefon danışığında gündəmdəki son hadisələr müzakirə olunub.

Vilayəti Humsda hərbi məktəb tələbələrinin buraxılış mərasimini hədəf alan terror aktına görə başsağlığı verib və İranın ABŞ, Qərb və sionit rejiminin dəstəklədiyi terror təşkilatları ilə mübarizədə Suriyaya hər cür yardım etməyə hazır olduğunu bildirib.

Vilayəti Fələstindəki vəziyyəti dəyərləndirərək deyib:

"Sionistlərin vəhşi hücumu və fələstinlilərin böyük müqaviməti göstərdi ki, sionistlərə qarşı qalib gəlməyin yeganə yolu müqavimət cəbhəsidir".

Həmas tərəfindən həyata keçirilən Əqsa tufanı əməliyyatı ilə bağlı Vilayəti deyib

"Bu, Qərb müstəmləkəçiliyinin sionistlər üçün tikdiyi təhlükəsiz evin hörümçək torundan daha zəif olduğunu göstərdi".

Miqdad bu görüşdə Vilayəti və İran İslam Respublikasına Suriyaya indiki və keçmiş dəstəyinə görə təşəkkür edib və deyib:

"Terrorizm bütün dünyada lənətlənir və bu gün Humsda günahsız insanları şəhid edənlər Fələstində cinayət törədənlərlə eynidir."

 

Xəbəri paylaş

VİDEOLAR