Vilayəti Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib

Vilayəti Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib

"Azərbaycan Respublikasının işğal olunmuş torpaqları bu ölkəyə qaytarılmalıdır", o xatırladıb...

İslam İnqilabının beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər vilayəti bu gün Əhli-Beyt (ə) ardıcıllarının vebinar formatında keçirilən beynəlxalq iclasında iştirak edərək, etdiyi çıxışında "Ali Məqamlı rəhbərin Qarabağla bağlı fikirlərinin araşdırılması" mövzusuna toxunub və deyib: "İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları İranın Qafqaz bölgəsi ilə bağlı mövqeləri və strateji prinsipləri üçün son söz hesab olunur ki, ona tam şəkildə əməl edilməlidir".

Rasthaber Azərbaycan İran mediasına istinadən verir, bu iclas, Qafqaz məsələləri və Ermənistanla Azərbaycan Respublikası arasında baş verən son müharibəni İslam İnqilabının Böyük Rəhbərinin fikirlərini nəzərə alaraq,  araşdırılması məqsədilə Ümumdünya İslami Oyanış Assambleyası və Əhli-Beyt (ə) aşıqləri cəmiyyəti arasında birgə şəkildə keçirilib. 

İranın Azərbaycan Respublikası və Ermənistan və Azərbaycanın bir hissəsi olan Naxçivan ilə sərhəddi vardır və bölgədə heç bir ölkə belə bir xüsusiyyətə sahib deyil. Bu səbəbdən İranın Azərbaycan və Ermənistanın qonşusu olaraq, məsələyə ciddi yanaşması və ona münasibət bildirməsi məntiqlidir.

İslam İnqilabının Böyük Rəhbəri bu haqda buyurublar ki, Azərbaycan Respublikasının işğal olunmuş torpaqları bu ölkəyə qaytarılmalıdır. Biz böyük qələbə olan bu ərazilərin Azərbaycana qaytarılmasını təbrik edirik, eyni zamanda Ali Məqamlı Rəhbər beynəlxalq sərhədlərə riayət edilməsinin vacibliyini də vurğulayıb və bütün münaqişələrin kökündə beynəlxalq sərhədlərin pozulmasının dayandığına inanır. Bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, düşünürük ki, İran İslam Respublikasının milli təhlükəsizliyi qonşu ölkələrin təhlükəsizliyi və sakitliyi olmadan mümkün olmayacaqdır".

İnanırıq ki, bölgədə müharibə başlayarsa, bu, azəri qardaşlarımız və erməni dostlarımızın həlak olmasına gətirib çıxaracaq ki, bunun qarşısı alınmalı idi, odur ki, bu məsələ ilə əlaqədar olan tərəflər haqlı olanın hüququnu təmin etmək üçün tez hərəkətə keçməli idirlər və bu məsələnin regiondan kənar ölkələrə heç bir dəxli yoxdur və İran ədalətli bir sülh üçün çalışacaq".

İşğal olunmuş şəhərlər azad edilməli idi və Azərbaycan xalqı bunu etdi, biz onları təbrik edirik, çünki dost və qardaş Azərbaycan Respublikası ilə tarixi və mədəni əlaqələrimiz var. Həmişə Əhli-beyt (ə) ziyarətgahlarının aşiqi və müdafiəçisi olan azərilər arasında bir sıra vəhabi və təkfirçi terrorçuların olması heç bir məna daşımır və təkfirçilər bu baxımdan çox pis bir göstəriciyə sahibdirlər, bu səbəbdən də Azərbaycan xalqı ölkəsini işğaldan azad edə bilər və İranın şimal sərhədlərində vəhhabi terrorçuların olması uğursuz qalacaq. 

Bir daha vurğulayırıq ki, İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları İranın Qafqaz bölgəsi ilə bağlı mövqeləri və strateji prinsipləri üçün son söz hesab olunur və ona tam şəkildə əməl edilməlidir.

Xəbəri paylaş

VİDEOLAR